“Pezeşkiyan Əliyevə bir neçə atalar sözü dedi, problem həll olundu”, – İranın xarici işlər naziri Abbas Əraqçi belə deyib.

O bildirib ki, Naxçıvan insidentindən sonra rəsmi Bakı ilə yaranan gərginliyi Pezeşkiyan özünəməxsus şəkildə həll edib.

Əraqçinin sözlərinə görə, Məsud Pezeşkiyanın İlham Əliyevə zəng edərək, onunla Azərbaycan dilində danışması və bir neçə atalar sözüdən istifadə etməsi vəziyyət tamamilə dəyişib.

İran XİN rəhbəri hesab edir ki, Azərbaycanla münasibətləri həmişə müəyyən eniş-yoxuşlarla müşayiət olunub və bəzən problemlər yaradıb. Lakin Pezeşkiyanın Azərbaycana səfəri və Əliyevlə açıq dialoqu iki ölkə arasında qarşılıqlı etimadın artmasına və münasibətlərin yeni mərhələyə keçməsinə imkan yaradıb.

Leave A Reply