Azərbaycan-İran münasibətləri
Azərbaycandakı 55 hökumətyönlü qeyri-hökumət təşkilatı İran Prezidenti Məsud Pezeşkiyana birgə məktub göndərib.
Məktubda İranda məskunlaşan azərbaycanlıların ana dilində təhsil almaq hüququnun təmin edilməsi tələb olunur.
Bu addım bir neçə gün əvvəl İranın elm nazirinin hicablı azərbaycanlı məktəbliləri İranda təhsil almağa çağırmasından sonra atılıb. Azərbaycan hökuməti Tehran rəsmisinin bu çağırışını ölkənin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirmişdi.
Həmin mübahisəyə ilk reaksiya Türkiyə tərəfindən verilmişdi. Məsələ ilə bağlı fikir bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral isə bu gün vəzifəsindən istefa verib.


