TDT Zirvə sammiti
Türkiyənin paytaxtı Ankarada təşkil olunan Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında səmimi görüş baş tutub.
Hakim AKP-yə yaxınlığı ilə bilinən “Yeni Akit” qəzetinin yaydığı məlumata görə, Ərdoğanın Ceyhun Bayramovun yanağını sığalladığı anların əks olunduğu kadrlar beynəlxalq toplantıya damğa vurub.
Türk Dövlətləri Təşkilatının bu dəfəki Zirvə görüşündə Azərbaycanı məhz xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramov təmsil edib.
Dövlət başçısı İlham Əliyevin Ankaradakı sammitə qatılmaması isə ictimaiyyətdə və mediada geniş müzakirələrə səbəb olmuşdu.


