Məktəbə hücum
Salyan rayonunda yerləşən orta məktəblərdən birinin binasına “Molotov kokteyli” atılıb. Hadisə oktyabrın 26-da qeydə alınıb.
Polis tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisə ilə əlaqədar M.Əhədov və M.Hüseynov saxlanılıb.
İlkin məlumata görə, saxlanılan şəxslər bu addımı təhsil müəssisələrindəki hicab qadağasına etiraz əlaməti olaraq atıblar.


