Ombudsman seçkisi

Milli Məclisin İnsan hüquqları komitəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsinə baxılıb.

Qafqazinfo xəbər verir ki, Prezident İlham Əliyevin parlamentə təqdim etdiyi sənəddə müvəkkil postuna üç nəfərin adı qeyd olunub.

Namizədlər hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi Elşanə Vəliyevadır.

Mövcud qanunvericiliyə əsasən, Ombudsman 7 il müddətinə seçilir və eyni şəxs bu vəzifəni ardıcıl iki dəfədən çox icra edə bilməz.

Hazırda bu vəzifəni tutan Səbinə Əliyeva Ombudsman postuna 29 noyabr 2019-cu ildə seçilmişdi.

Leave A Reply