İstehlakçı hüquqları
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Araz Supermarket” və “Tam Store” barəsində inzibati xəta protokolu yazıb.
Agentliyin məlumatına görə, yoxlamalarda hər iki şirkətin marketində qida məhsulunun üzərində yazılan qiymətdən baha satıldığı müəyyən edilib. Agentlik bunu istehlakçıların az miqdarda aldadılması sayır. Şirkətlərin mövqeyi açıqlanmayıb.


