Azərbaycan, işçi ölümləri
Oktyabrın 31-də Beyləqanın Mil qəsəbəsindəki yarımtikilidə usta işləyən 27 yaşlı kişini elektrik cərəyanı vurub. O, xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə ilə bağlı Beyləqan Rayon Prokurorluğu araşdırma aparır.
Oktyabrın 30-da isə Ceyranbatan Su Təchizatı İdarəsinin qəza-bərpa qrupunun 67 yaşlı ustası iş otağında qəfil ölüb. “İri Şəhərlərin Su Təchizatı” QSC ilkin tibbi diaqnozun ürəktutma olduğunu bildirir.


