Din, Ermənistan

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə “İrəvan qazılığının tarixi” kitabının təqdimatında deyib ki, ötən il bərpa olunan qazılıq “tarixi zərurət, zamanın tələbi” idi.

O, erməni kilsəsini bu addımdan “təşvişə düşməkdə”, “tarixi saxtalaşdırma və dezinformasiyada” ittiham edib: “Biz real tarixi faktlara istinad edərək mənəvi hüquqlarımızı bəyan edirik”. Erməni kilsəsi bu sözlərə hələlik cavab verməyib.

Paşazadə deyib ki, idarə “Qərbi Azərbaycan” (Bakıda Ermənistanın keçmiş İrəvan xanlığı və Zəngəzur kimi azərbaycanlıların yaşadığı bölgələri üçün işlədilən, Yerevanın rədd etdiyi ad) mövzusunu beynəlxalq səviyyədə təbliğ edəcək və deportasiya olunmuş azərbaycanlıların qayıdışı siyasətini dəstəkləyir.

Azərbaycan və ingilis dillərində nəşr olunan kitabı QMİ qeyri-hökumət təşkilatı olan Qərbi Azərbaycan İcması ilə birlikdə hazırlayıb. Təşkilatçılar materialların QMİ arxivi, eləcə də Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya arxivləri əsasında toplandığını bildirir.

Leave A Reply