Büdcə layihəsi, “Təmiz Şəhər”

2027-ci il büdcə layihəsində bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün “Təmiz Şəhər” ASC-yə 17,5 milyon manat subsidiya nəzərdə tutulur. 2026-cı ilin layihəsində bu məbləğ 23,6 milyon manat idi.

“Abzas Media” şirkətin avqustda açıqlanan maliyyə hesabatına istinadla yazır ki, “Təmiz Şəhər” 2025-ci ili 5 milyon 666 min manat xalis zərərlə başa vurub, bu, 2024-cü ildəkindən 3,4 dəfə çoxdur. Əvvəlki illərdən yığılmış zərər 2,3 faiz artaraq 249 milyon 185 min manata çatıb.

Bu ilin yanvarın 1-nə şirkətin aktivləri 22 faiz azalaraq 47 milyon 450 min manat olub, balans kapitalı isə 25,4 faiz azalıb.

“Təmiz Şəhər” 2008-ci ildə prezidentin sərəncamı ilə yaradılıb, Bakıda tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə məşğuldur. Şirkəti Azərbaycan İnvestisiya Holdinqi idarə edir.

İllüstrativ foto: Bakıda tullantı yandırma zavodu, 2012, Wikimedia Commons.

Leave A Reply