Büdcə zərfi, sosial
Milli Məclisin komitələrində müzakirə olunan qanun layihəsinə görə, 2027-ci ildə Azərbaycanda yaşayış minimumu 300 manatdan 314 manata qalxacaq. Əmək qabiliyyətli əhali üçün bu məbləğ 334, uşaqlar üçün 274, pensiyaçılar üçün 258 manat olacaq.
Ehtiyac meyarının həddi də eyni məbləğdə, 314 manat müəyyən edilir. Bu rəqəm ailənin ünvanlı sosial yardım almaq hüququnu müəyyən edir.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov iclasda yaşayış minimumunun 2030-cu ilədək 359 manata çatdırılacağını deyib.
Büdcə zərfinə görə, gələn il nominal orta aylıq əmək haqqı 8,7 faiz artaraq 1288,30 manat, orta aylıq pensiya isə 595 manatdan 640 manata çatacaq.
İllüstrativ foto: APA.


