Büdcə zərfi, səhiyyə
“Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliyə görə, icbari tibbi sığortada müştərək maliyyələşmə 2030-cu il yanvarın 1-dək tətbiq olunmayacaq. Bu mexanizm 2027-ci il yanvarın 1-dən işləməli idi.
Qüvvədə olan qanuna görə, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşmış həkimə gedən sığortaolunan müştərək ödəniş etməlidir. İndi bu tələbin başlanması 3 il geri çəkilir.
Eyni layihədə icbari tibbi sığorta ödənişlərinin 3 faizinin idarəetmə xərclərinə yönəldilməsi, Fondun sərbəst vəsaitlərinin yerli maliyyə bazarında investisiyaya yönəldilə bilməməsi də nəzərdə tutulur.
İllüstrativ foto: APA.


