Büdcə zərfi, müavinət

“Sosial sığorta haqqında” qanuna təklif olunan dəyişikliyə görə, uşağa qulluğa görə müavinət almaq üçün ən azı 6 ay sosial sığorta stajı lazım olacaq. Hazırda belə minimum tələb yoxdur.

Layihədə bu, sui-istifadə riski ilə izah edilir: sənədə görə, əmək müqaviləsinin elektronlaşması ilə adam qısa müddətə işə götürülə, sonra da məzuniyyətə çıxa bilir, yəni müavinət üçün formal, o cümlədən yaxın qohumlar arasında iş münasibəti qurula bilir.

Gələn ilin DSMF büdcəsində 3 yaşınadək uşağa qulluq müavinəti üçün 21 milyon 390 min manat, hamiləlik və doğuma görə müavinət üçün 77 milyon 340 min manat, uşağın doğulmasına görə birdəfəlik müavinət üçün isə 84 milyon 10 min manat nəzərdə tutulur.

Hökumət uşağa qulluq müavinətini 37 manatdan 100 manata qaldırmağı planlaşdırır. Azadlıq Radiosu qeyd edir ki, artım rəsmi işləyən valideynlərə aiddir, ümumi uşaqpulu isə yoxdur.

İllüstrativ foto: APA.

Leave A Reply