Ukrayna, korrupsiya

“Ukrainskaya Pravda” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla yazır ki, Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) əməkdaşları noyabrın 4-də SBU-nun milli dövlətçiliyin müdafiəsi departamenti rəhbərinin birinci müavini, general Sergey Dukanı saxlayıb.

NABU həmin gün “Karfagen” əməliyyatını açıqlayıb. Büro iddia edir ki, cinayətkar təşkilat fırıldaqçı zəng mərkəzlərinin və digər qanunsuz bizneslərin maneəsiz işləməsi üçün hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxslərinə sistemli rüşvət verib. Mənbələr SBU-nun daxili təhlükəsizlik baş idarəsinin rəisi, polkovnik Anton Kravçukda da axtarış aparıldığını yazır. SBU axtarışları təsdiqləyib.

Azərbaycanda “Qafqazinfo” saxlanmanı Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Ukrayna polisi ilə birgə əməliyyatından sonrakı araşdırmaların davamı kimi təqdim edir. Bundan əvvəl azərbaycanlı kiberpolislər Kiyevdə vətəndaşların bank kartlarından pul oğurlayan şəbəkənin zəng mərkəzlərinə qarşı əməliyyatda iştirak etmişdi.

NABU sentyabrda da eyni adlı əməliyyatla Baş Prokurorluğun kiber departamentinin rəhbərini saxlamışdı, ardınca baş prokuror Ruslan Kravçenko istefa vermişdi.

Foto: NABU.

Leave A Reply