Qarabağ, torpaq
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə deyib ki, işğaldan azad edilmiş ərazilərdə torpaqlar 50/50 nisbətində bölünür. Yarısı kəndlərin 1-2 kilometrliyində parsellərə ayrılaraq əhaliyə veriləcək, burada fermer üçün minimum sahə 5 hektar müəyyən edilib.
Qalan yarısı kəndlərdən uzaq ərazilərdir və müsabiqə yolu ilə investorlara icarəyə verilir, minimum tələb 20 hektar və ya daha böyük sahəyə investisiyadır. Nazirin sözlərinə görə, artıq 4 müsabiqə yekunlaşıb, 500-dən çox müraciət olub, onların təxminən 48-50 faizi qalib seçilib.
Nazir 5 hektarlıq tələbi ölkənin digər bölgələrinin təcrübəsi ilə izah edir: onun dediyinə görə, ölkədə hər təsərrüfata düşən orta hesabla 1,7 hektardan fermerlər kifayət qədər gəlir götürə bilmir. Bəzi kəndlərdə ayrılan torpaq oradakı evlərin sayına uyğun gəlmir və ya azdır.
Foto: Zəngilan girişi, Wikimedia Commons.


