AXCP, həbs

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) noyabrın 4-də bildirib ki, Sabirabad rayon şöbəsinin fəalı Mircəmil Ağayev 30 sutka inzibati həbs alıb. Hansı ittihamla həbs olunduğu açıqlanmayıb.

Partiyanın məlumatına görə, Ağayev noyabrın 3-də AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimin məhkəməsində iştirak etmək üçün Bakıya gəlib. Sabirabada qayıdarkən evinin qarşısında mülki geyimli şəxslər onu saxlayıb və naməlum istiqamətə aparıb.

“Meydan TV” yazır ki, rəsmi qurumların mövqeyini öyrənmək hələlik mümkün olmayıb.

Partiya hazırda 20-yə yaxın üzvünün, o cümlədən sədrinin həbsdə olduğunu deyir və bu həbsləri “siyasi sifariş” adlandırır. Kərimli və İbrahim hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə ittiham olunurlar, maddə 12 ildən 20 ilədək və ya ömürlük həbs nəzərdə tutur.

Leave A Reply