Məhkəmə
Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçən prosesdə dövlət ittihamçısı təhsil eksperti Kamran Əsədovun 3 il, onunla birgə təqsirləndirilən Gündüz Abbasovun isə 3 il 6 ay həbs cəzasına məhkum edilməsini istəyib. İş qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə ilə bağlıdır.
Məhkəmə istintaqı yekunlaşıb, müttəhimlər son sözlə çıxış ediblər. Kamran Əsədov ona verilən ittihamla özünü təqsirli bilmədiyini, Gündüz Abbasov isə qismən təqsirli bildiyini deyib. Müdafiə tərəfi çıxışa hazırlaşmaq üçün vaxt istəyib, hakim vəkillərə vaxt verib.


