Dövlət büdcəsi 2027
Gələn il Azərbaycanın dövlət büdcəsi xərclərinin ümumilikdə 42 milyard 400 milyon manat olması nəzərdə tutulur.
Xərclərin əsas hissəsi bu sahələrə ayrılır: müdafiə və milli təhlükəsizliyə 8 milyard 816 milyon manat, təhsilə 5 milyard 99 milyon manat, sosial müdafiə və sosial təminata 4 milyard 914 milyon manat, səhiyyəyə isə 2 milyard 84 milyon manat.
Beləliklə, müdafiə və milli təhlükəsizlik xərcləri təhsil və səhiyyəyə ayrılan vəsaitin cəmindən (7 milyard 183 milyon manat) çoxdur.


