Gələn il büdcə xərclərinin cəmi 42 milyard 400 milyon manat olması nəzərdə tutulur. Müdafiəyə ayrılan vəsait təhsil və səhiyyəyə ayrılanların cəmindən çoxdur.
Bütün büdcədə əmək haqqı xərcləri 16%, sosial ödənişlər isə cəmi 0,7% artır. Parlamentə ayrılan 72,4 milyon manatın 59,4 milyonu əməyin ödənişinə gedəcək.