ABŞ, İran

ABŞ prezidenti Donald Tramp ara seçkilərin nəticələrindən sonra jurnalistlərə deyib ki, İranla müharibənin seçkiyə təsir göstərəcəyini əvvəlcədən bilirdi. O, respublikaçıların məğlubiyyətində müharibənin rolu olduğunu, bunun səbəbinin benzin qiymətlərinin artması olduğunu qəbul edib, amma yenidən seçim qarşısında qalsa, eyni qərarı verəcəyini bildirib.

Tramp iddia edib ki, onun adı bülletendə olsaydı, respublikaçılar qalib gələrdi. O, ABŞ-nin İranın hərbi imkanlarını məhv etdiyini, Hörmüz boğazının açıq olduğunu deyib, İranın nüvə silahına sahib olmasına imkan verilməməsindən başqa seçim olmadığını bildirib.

Prezident demokratlarla razılaşmağın mümkün olduğunu, onların artıq əlaqə saxladığını da deyib. Ona qarşı impiçment ehtimalı barədə sualı isə “narahat deyiləm” deyə cavablandırıb, belə addımın demokratların özünə zərər vuracağını iddia edib.

BBC yazır ki, vitse-prezident Cey Di Vens də seçki məğlubiyyətini sərt sözlərlə qiymətləndirib və günahı İran müharibəsində görüb. Senatda demokratların lideri isə müharibəni bitirəcəklərinə söz verib.

Foto: Donald Tramp Ağ Evdə, 2025, arxiv, Ağ Ev.

Leave A Reply