SOCAR, ABŞ

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-nin “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb. Sövdələşmənin dəyəri 1,65 milyard dollardır, alış qiymətinə standart düzəlişlər edilə bilər.

SOCAR “Legacy Haynesville” layihəsindəki kəşfiyyat və hasilat aktivlərinin 20 faizini, “Western Haynesville” layihəsindəki aktivlərin 15 faizini alır. Şirkət həmçinin “Comstock”un “Pinnacle Gas Services” şirkətindəki 73 faizlik payının 15 faizini əldə edir. SOCAR bu layihələrdə əməliyyatların idarə olunmasında iştirak etməyəcək.

“Western Haynesville”dəki pay beş il keçdikdən və SOCAR investisiyasından 15 faiz gəlir götürdükdən sonra 7,5 faizə enəcək. Əməliyyatın qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il göstərilir. Sövdələşmənin tamamlanması üçün dövlət qurumlarının razılığı lazımdır, “Comstock” bunun ilin sonunadək başa çatacağını gözləyir.

“Comstock” bəyanatında satışın maliyyə vəziyyətini xeyli möhkəmləndirəcəyini yazır. Şirkət noyabrın 4-də banklarla kredit xəttinin müddətini 2028-ci il noyabrın 15-dək uzadıb. Sövdələşmə tamamlanıb borc öhdəlikləri ödənildikdən sonra bu müddət 2031-ci ilədək uzadılacaq.

Leave A Reply