Büdcə zərfi, vergilər

2027-ci il büdcə zərfinə daxil olan Vergi Məcəlləsi layihəsinə görə, yaşayış sahəsini və ya başqa əmlakını kirayəyə verən fiziki şəxs vergi uçotuna düşüb bəyannamə verərək bu işə çəkdiyi xərcləri gəlirdən çıxa biləcək. O, bundan sonra Məcəllənin gəlir vergisi dərəcələri ilə vergi ödəyəcək.

Bu imkandan istifadə etmək istəyən şəxs vergi orqanına və kirayəçiyə məlumat verməlidir. Növbəti aydan onun gəlirindən ödəmə mənbəyində vergi tutulması dayanacaq. İlin sonunda bütün gəlir və xərclər nəzərə alınacaq, əvvəl tutulmuş vergi hesablanan məbləğdən çıxılacaq, qalan hissə isə sonrakı illərin vergisinə sayılacaq.

Bu ildən yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirə vergi 14 faizdən 10 faizə endirilib, mehmanxanalar istisnadır. Layihə hələ qəbul olunmayıb.

Leave A Reply