Ukrayna, enerji

Azərbaycan və Ukrayna energetika nazirliklərinin nümayəndələri Ujqorodda Mingəçevirdə su anbarı tipli elektrik stansiyasının tikintisini müzakirə edib. Stansiyanın gücü 1000 MVt, büdcəsi təxminən 1,5 milyard dollar olacaq, tikintidə Ukrayna təcrübəsi və texnologiyalarının işlədilməsi nəzərdə tutulur.

Görüş noyabrın 5-də Ujqorodda keçirilən Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası zamanı baş tutub. Bu, Rusiyanın müharibəsi başlayandan sonra komissiyanın Ukraynadakı ilk iclasıdır. Azərbaycan nümayəndə heyətinə energetika naziri Pərviz Şahbazov başçılıq edir.

Şahbazov iclasda Bakının Kiyevlə enerji tərəfdaşlığını dərinləşdirmək istədiyini deyib. Onun sözlərinə görə, Ujqoroda çox şirkət gəlməyib, amma onların arasında ən böyük beynəlxalq oyunçular var.

Leave A Reply