Ermənistan, Türkiyə

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 5-də brifinqdə deyib ki, Ani körpüsünün bərpası üzrə birgə layihə təsdiq edilib, işlər yaxın vaxtlarda başlayacaq. “Armenpress”in yazdığına görə, prosedur çətinliklərin qarşısını almaq üçün tenderi Türkiyə tərəfi elan edəcək, qalib şirkətlə müqaviləni isə Ermənistan imzalayacaq.

İki ölkə körpünün bərpası barədə anlaşma memorandumunu bu il mayın 4-də Yerevanda keçirilən Avropa Siyasi Birliyi sammitində imzalayıb. Birgə işçi qrupunun ikinci görüşü avqustun 4-də Yerevanda olub.

Orta əsrlərə aid körpü Axuryan çayı üzərində, Türkiyənin Qars vilayətindəki Ani xarabalıqlarının yanındadır. Həmin gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iki ölkənin ticarəti birbaşa rəsmiləşdirməyə başladığını bildirib. Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqə yoxdur, quru sərhəd 1993-cü ildən bağlıdır.

Leave A Reply