ABŞ

Konqresin hər iki palatasında çoxluq qazanan Demokratlar Partiyası prezident Donald Trampın fəaliyyəti ilə bağlı geniş araşdırmalara başlamağa hazırlaşır. “Reuters” onlarla konqresmen, hüquqşünas və siyasi məsləhətçi ilə söhbətə əsaslanaraq yazır ki, araşdırmalar “SpaceX” şirkətinin rəhbəri İlon Maskı, Trampın oğullarını və Ağ Evin bir sıra əməkdaşlarını da əhatə edə bilər.

Agentliyin yazdığına görə, noyabrın 3-dəki aralıq seçkilərdən sonra bəzi demokratlar Trampa qarşı dərhal impiçment prosedurunu təklif etsələr də, partiya əvvəlcə bunun üçün hüquqi əsas toplamaq qərarına gəlib. “Arnold & Porter” hüquq şirkətinin Konqres nəzarəti üzrə mütəxəssisi Reyçel Kotton həm administrasiyaya, həm də özəl sektora yönəlmiş çoxsaylı araşdırmalar gözlədiyini, onların “sərt və genişmiqyaslı” olacağını deyib.

Demokratlar seçkidə ənənəvi olaraq respublikaçıların güclü olduğu Texas, Kanzas və Cənubi Karolinada da qələbə qazanıb. Tramp nəticələri qəbul etdiyini, amma respublikaçıların məğlubiyyətini öz məğlubiyyəti saymadığını bildirib.

Leave A Reply