Xarici borc

Dünya Bankının “International Debt Report 2026” hesabatına görə, 2025-ci ilin sonuna Azərbaycanın xarici borcunun ümumi həcmi bir il əvvəlkindən 9,3% az olub və 12,327 milyard dollar təşkil edib. 2015-ci ildə bu rəqəm 13,179 milyard dollar idi, yəni on ildə borc 6,5% azalıb.

Borcun 11,041 milyard dolları dövlət borcu və dövlət zəmanətli borcdur. Özəl zəmanətsiz borc 1,064 milyard, qısamüddətli borc isə 222 milyon dollardır. Dövlət və dövlət zəmanətli borcun 5,111 milyard dolları çoxtərəfli kreditorların payına düşür, onlardan ən böyüyü 1,925 milyard dollarla Asiya İnkişaf Bankıdır.

Leave A Reply