Dövlət maliyyəsi

Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Dövlət Maliyyə Nəzarəti Xidmətinin apardığı yoxlamalar nəticəsində 106,9 milyon manat vəsait bərpa edilib. Eyni dövrdə 100,9 milyon manatlıq xərcin də qarşısı alınıb.

Nazirlik 32 dövlət müəssisəsinin 2023-2025-ci illər üzrə maliyyə göstəricilərini təhlil edərək onların fiskal risk reytinqini müəyyənləşdirib, nəticələr Prezidentə təqdim edilib. Hesabat dövründə 1113 dövlət müəssisəsi üçün elektron kabinet açılıb, onların hesabatları rəqəmsal qaydada qəbul olunmağa başlayıb.

Leave A Reply