Çin, Makao
Makao məhkəməsi 69 yaşlı keçmiş deputat və demokratiya fəalı Au Kam Sanı 12 il 6 ay həbs cəzasına məhkum edib. BBC-nin yazdığına görə, qapalı keçən məhkəmədə o, “dövlət hakimiyyətinə qarşı təxribat” və başqa maddələrlə təqsirli bilinib. Bu, şəhərdə milli təhlükəsizlik qanunu ilə baxılan ilk işdir.
Prokurorluq Au-nu “xarici düşmən təşkilatlarla” əməkdaşlıqda, “dövlətə qarşı təxribat xarakterli siyasi iddialarla dolu” məlumat toplayıb yaymaqda ittiham edib. O, 2025-ci ilin iyulunda həbs olunub, ona üç dəfə dövlət hakimiyyətinə qarşı təxribat, üç dəfə xarici təşkilatlarla əlaqə yaradaraq milli təhlükəsizliyi təhlükə altına atmaq və bir dəfə məxfiliyi pozmaq ittihamı verilib. Həyat yoldaşı Virciniya Çenq hökmü pisləyib, işi “Au-nu alçaltmaq üçün qurulmuş əsassız təqib” adlandırıb.
Makao 1999-cu ildə Portuqaliyadan Çinə qaytarılıb. Şəhərin milli təhlükəsizlik qanunu 2009-cu ildən qüvvədədir, 2023-cü ildə zorakılığa əsaslanmayan hərəkətləri də əhatə edəcək şəkildə genişləndirilib, bu il isə məhkəmələrin qapalı keçirilməsinə imkan verən dəyişiklik edilib.


