Kanada

Kanadanın Baş naziri Mark Karni noyabrın 5-də hökumətin büdcəsini təqdim edib. “France 24”ün yazdığına görə, “Taleyimizin sahibləri” adlanan sənəd Kanadanın ABŞ-dən iqtisadi müstəqilliyini artırmağı hədəfləyir.

Büdcədə ABŞ tariflərindən zərər çəkən iqtisadiyyat sahələrinə geniş dəstək nəzərdə tutulub. Bu məqsədlə təsirə məruz qalan şirkətlər və işçilər üçün 44 milyard Kanada dolları ayrılıb.

Donald Trampın idarəsi Kanada mallarına rüsumlar tətbiq edib. Kanada ixracının böyük hissəsi ABŞ bazarına gedir, buna görə tariflər ölkə iqtisadiyyatı üçün ciddi risk sayılır.

Leave A Reply