Rusiya-Ukrayna müharibəsi

Ukrayna prezidenti Volodimir Zelenski Madriddə keçirilən 30-cu İbero-Amerika sammitinin iştirakçılarına müraciətində deyib ki, Rusiyanın hücumları nəticəsində Ukraynanın bütün elektrik stansiyaları bu və ya digər şəkildə zərər görüb. Onun sözlərinə görə, Rusiya “Şahed” dronları və raketlərlə atom elektrik stansiyalarının işinin asılı olduğu energetika avadanlığını da vurur.

Soyuqlar yaxınlaşdıqca Rusiya Ukraynanın energetika obyektlərinə hücumları artırıb. Kiyevdə enerji obyektlərinin zədələnməsinə görə təcili elektrik kəsintiləri tətbiq olunur. Zelenski İspaniya və Latın Amerikası ölkələrindən Ukraynanın elektrik şəbəkəsinə uyğun avadanlığı tez göndərməyi xahiş edib.

Zelenskinin sosial şəbəkədəki paylaşımına görə, İspaniya Ukraynaya 437 milyon avroluq yeni müdafiə yardımı paketi verəcək, Almaniya isə enerji sisteminin qışa davamlılığı üçün paket hazırlayır. O, həmçinin “Patriot” və “IRIS-T” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünü sürətləndirməyə çalışdıqlarını yazıb.

Leave A Reply