Suriya, Səudiyyə Ərəbistanı

Suriya Yəmənin husi qruplaşmasının krallığa hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhət və təlim dəstəyi göstərir. Bu barədə “Reuters” Suriya ordusundakı mənbələrə və yüksək vəzifəli ABŞ rəsmisinə istinadla xəbər verib.

ABŞ rəsmisinin sözlərinə görə, Suriyada illərlə davam edən müharibədə döyüş təcrübəsi qazanmış suriyalı hərbi məsləhətçilər və təlimatçılar krallıqdakı səudiyyəli və yəmənli bölmələri hazırlamaq üçün Səudiyyə Ərəbistanına gediblər. İki suriyalı mənbə deyib ki, son həftələrdə Suriyadan Səudiyyə Ərəbistanına xeyli hərbçi gedib, onların vəzifəsi məsləhət vermək və təlim keçməkdir, amma səlahiyyətləri daha geniş ola bilər.

Bir suriyalı diplomat isə deyib ki, qoşun yeridilməsi barədə fərziyyələr irəli sürmək tezdir, Suriya hələ daxili təhlükəsizliyə, sərhədlərinin qorunmasına və ölkənin bərpasına diqqət yetirir. Onun sözlərinə görə, iki ölkənin çərşənbə günü imzaladığı müdafiə sazişi məsləhət dəstəyini, təlimləri və təcrübə mübadiləsini nəzərdə tutur. Saziş noyabrın 4-də Suriya prezidenti Əhməd əş-Şəranın Ər-Riyada səfəri zamanı imzalanıb. Bu, onun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla bir aydan az müddətdə ikinci görüşü olub.

Leave A Reply