Xəzər cənubda da çəkilir

Xəzər dənizi Azərbaycanın cənub sahillərində də geri çəkilir, səviyyənin azalması nəzərəçarpacaq dəyişikliklərə səbəb olub. Mütəxəssislərin ölçmələrinə görə, Lənkəranda sahil xətti 45 metr, Astarada isə 35 metr geri çəkilib.

Bu barədə Coğrafiya İnstitutunun “Xəzər dənizinin coğrafiyası” laboratoriyasının müdiri Səid Səfərov məlumat verib. Onun sözlərinə görə, Xəzərin səviyyəsi hazırda okean səviyyəsindən 29 metr aşağıdır.

Leave A Reply