U-17 millisinə ağır start

Azərbaycanın U-17 millisi, yəni 17 yaşadək futbolçulardan ibarət komanda, Avropa çempionatının birinci mərhələsində mübarizəyə Almaniyaya 0:7 hesablı məğlubiyyətlə başlayıb. Baş məşqçisi Emin Mustafayev olan komanda ilk turda Frankfurtda Almaniya ilə qarşılaşıb.

U-17 millisi qrupda növbəti oyunlarını noyabrın 14-də Şimali İrlandiya, noyabrın 17-də isə Litva ilə keçirəcək.

Azərbaycanın gənclərdən ibarət digər yığmaları da beynəlxalq turnirlərdə çıxış edir: oktyabrda U-15 millisi dünya çempionatında Əfqanıstana uduzmuşdu.

Leave A Reply