Müəllim azalır, şagird artır
Azərbaycanda son 15 ildə ümumi təhsil müəssisələrində oxuyanların sayı 350 min nəfərdən çox artıb, müəllimlərin sayı isə təxminən 29 min nəfər azalıb. Nəticədə bir müəllimə düşən şagird sayı 7,7-dən 11,7-yə yüksəlib.
2010-2011-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində 1 milyon 324 min 564 nəfər təhsil alırdı. 2025-2026-cı tədris ilində bu rəqəm 1 milyon 674 min 636 nəfərə çatıb. Beləliklə, təhsil alanların sayı 350 min 72 nəfər, yəni 26,4 faiz artıb.
Həmin dövrdə müəllimlərin sayı 172 min 579 nəfərdən 143 min 727 nəfərə düşüb. Azalma 28 min 852 nəfər, yəni 16,7 faiz təşkil edib.
Son bir ildə isə şagirdlərin sayı azalıb: 2025-2026-cı tədris ilində məktəblərdə bir il əvvəlkindən 20 min 400 nəfər az şagird təhsil alıb. Ölkədə doğum sayı da azalır.


