Rusiya sərhədçiləri çıxarılır
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 26-da hökumət iclasından sonrakı brifinqdə deyib ki, Rusiya sərhədçiləri yaxın illərdə ölkədən tamamilə çıxarıla bilər. Paşinyan Rusiya sərhədçilərinə bu illər ərzindəki xidmətinə görə təşəkkür edib, amma Ermənistanın dövlət sərhədlərinin mühafizəsi məsuliyyətini tamamilə öz üzərinə götürməli olduğunu bildirib.
Rusiya sərhədçiləri Ermənistanda 1992-ci ildə Yerevanla Moskva arasında imzalanmış müqavilə əsasında xidmət edir və ölkənin Türkiyə və İranla sərhədlərini qoruyurlar. Müqaviləyə görə, onların xidməti keçmiş SSRİ-nin Türkiyə və İranla imzaladığı və hələ də qüvvədə olan sərhəd müqavilələrinə əsaslanır. Onlar 2024-cü il avqustun 1-də Yerevanın “Zvartnots” hava limanını, 2025-ci ilin əvvəlində isə İran sərhədindəki “Aqarak” və Türkiyə sərhədindəki buraxılış məntəqələrini tərk ediblər.
Rusiya hərbçilərinin qoruduğu İran sərhədi boyunca Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək “Tramp marşrutu” (TRIPP) da keçməlidir. Paşinyan sentyabrda Gümrüdəki Rusiyanın 102-ci hərbi bazasının da Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımadığını demişdi.


