ABŞ səfirliyi etibarlı mənbələrə əsaslanaraq Bakıda yaşayan ABŞ vətəndaşlarına potensial terror və insan oğurluğu təhlükəsi ilə bağlı xəbərdarlıq edir.

Səfirliyin oktyabrın 24-də yaydığı təcili məlumatda ABŞ vətəndaşlarına “JW Mariott Absheron” otel və digər ərazilərdən uzaq durmağa çağırır. Səgirlik bu məlumatı etibarlı mənbələrə əsaslanaraq yaydığını bildirir.

Səfirlik Amerika vətəndaşlarına ehtiyatlı və sayıq olmağa, kütləvi insan toplanan yerlərdən uzaq durmağa, əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olmağa , yeni xəbərdarlıqlarla bağlı səfirliyin səhifəsindən məlumatları izləməyə çağırır.
Mənbə: Azadlıq Radiosu

Leave A Reply