Küveytdə ABŞ-yə məxsus 3 F-15 qırıcılarının düşməsini göstərən videolar sosial şəbəkələrdə yayılıb.
Hadisəni Küveytin Müdafiə Nazirliyi də təsdiqləyib.
Açıqlamada “ABŞ-yə məxsus bir neçə döyüş təyyarəsi qəzaya uğrayıb, bütün ekipaj sağ xilas edilib” deyə bildirilib.
İran tərəfi hadisəylə bağlı açıqlama verməyib.
ABŞ mətbuatı Hərbi Hava Qüvvələrinə məxsus qırıcının dost atəşi nəticəsində vurulduğunu yazır.