Anar Məmmədliyə 3 ay 28 gün həbs verilib.
Foto: Anar Məmmədli
Hüquq müdafiəçisi Anar Məmmədliyə qarşı qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.
O, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) qurucusu və rəhbəri idi.
“Human Rights Watch” (HRW) insan hüquqları təşkilatı SMDT rəhbərinin həbsini pisləyib. HRW Azərbaycan hökumətinə onun dərhal azadlığa buraxılması ilə bağlı çağırış edib.
Anar Məmmədli 2013-14-cü illərdə Azərbaycanda hökumətin vətəndaş cəmiyyətinə qarşı siyasi həbs dalğası keçirdiyi vaxt da həbs edilmişdi. Beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus kimi tanımışdı.