Ankarada bombalı terakt törədilib.

Ankara şəhərində yerləşən Türkiyə Daxili İşlər Nazirliyi (DİN) binasına bombalı hücum olub.

Bir nəfər nazirlik binasına qarşısında özünü partladıb. Teraktda şübhəli bilinən digər şəxs isə saxlanılıb.

Türkiyə DİN-dən verilən məlumata gərə, terror aktı nəticəsində iki polis əməkdaşı yüngül xəsarət alıb.

Teraktın məsuliyyətini hələlik heç bir təşkilat öz üzərinə götürməyib.

Leave A Reply