“Qarabağa köçənlərə torpaq verilmir”
Deputat Aqil Abbas Milli Məclisdəki çıxışında Qarabağda baş verənlər barədə danışıb:
“Qarabağda icarəyə verilən torpaqlarda 1 dənə də qarabağlı iştirak etmir. Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilmir.

Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib. İlham Əliyev Həzrəti Əlinin qılıncı ilə torpaqları işğaldan azad etdi.
Köçənlərə bu torpağı verin də. Camaat deyir ki, Füzulinin icra başçısı torpaqları satır, halbuki icra başçısını o torpağa buraxmırlar. Böyük tikinti-quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir. Təəssüf edirəm”.