ATEF-də hələ fevral ayının maaşı verilməyib. Möhyəddin Orucov buna etiraz etdiyi üçün həbs edilmişdi.

ATEF işçilərinin HamamTimes-a verdiyi məlumata görə, şirkətdə 3 aydan çoxdur ki, maaşlar verilmir.

Bu şirkət öz işçilərinin haqqını kəsməklə, aylarla maaş verməməklə məşhurlaşıb.

Hətta ATEF-in siyasi məhbusu da var. Dekabrda Möhyəddin Orucov işlədiyi ATEF zavodunda saxlanılmışdı.

İş yoldaşlarının dediyinə görə, onun narkotiklə şərlənərək həbs edilməsi iş yerində etdiyi etirazlara görə baş vermişdi.

Qeyd edək ki, ATEF şirkətinin transformator zavodunun açılışında İlham Əliyev də iştirak edib.

Şirkət bu transformatorlardan Ukraynaya da göndərmiş və mediada qəhrəman şirkət kimi reklam edilmişdi.

Görəsən, bu qəhrəman şirkət daha nə qədər öz işçilərini çörəklə sınamağa davam edəcək?

Leave A Reply