“Azərbaycana qarşı sanksiya tətbiq edin”
Oktyabrın 5-i Avropa Parlamenti bu barədə qətnamə qəbul edib.
Qətnamədə deyilir ki, Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda atəşkəsin və insan haqqlarının pozulmasına görə Azərbaycana qarşı sanksiya tətbiq etməlidir.
Parlamentin deputatları deyir ki, Azərbaycan kimi beynəlxalq hüququ və insan haqqlarını açıq-aşkar pozan ölkəylə strateji tərəfdaşlıq Aİ-nin xarici siyasət məqsədləri ilə uyğun gəlmir.
Deputatlar həm də “prezident Əliyevə hərbi avantürizmə qarşı xəbərdalıq edib və Türkiyəni öz müttəfiqini cilovlamağa çağırıb”