Gürcüstanda qalmaqallı seçki yekunlaşıb

Parlament seçkisi fiziki qarşıdurmalar və əlbəyaxa davalarla müşayiət olunub.

Gərginliyin əsas səbəbi seçki yarışının Rusiyayönümlü hakimiyyət və Qərbyönümlü müxalifət arasında getməsi olub.

Rəsmi nəticələrə əsasən, hakim “Gürcü Arzusu” partiyası 54% səslə seçkilərdə qalib gəlib.

Azərbaycan və Ermənistan hökumətləri “Gürcü Arzusu”nu təbrik ediblər.

Avropalı deputatlar isə bəyanat yayaraq, seçkilərdə ciddi pozuntular olduğunu, buna görə də nəticələri tanımadıqlarını açıqlayıblar.

Bəyanatı Almaniya, Litva, İrlandiya, Estoniya, Latviya, Polşa, İsveç, İtaliya, Kanada və Ukraynadan olan deputatlar imzalayıblar. 

Leave A Reply