AXCP növbədənkənar parlament seçkilərinə qatılmayacaq.
Foto: Hamam Times
Bu barədə partiyanın Ali Məclisi iyulun 13-də qərar qəbul edib.
Partiya sədri Əli Kərimli seçkilərə qatılmaq üçün minimum şərtləri açıqlayıb:
“Seçkilərin keçirilməsi üçün siyasi məhbuslar azad olunmalı, mitinqlərə imkan verilməli, seçki prosesini müşahidə və monitorinq üçün müxalifətə və müstəqil quruluşlara şərait yaradılmalıdır. AXCP yalnız bu halda seçkiyə qatıla bilər.
AXCP xalqın bu seçkiyə etinasız münasibətini anlayır və təqdir edir, xalqı onun iradəsini ifadə etməyəcək seçki şousunda iştirakdan kütləvi imtinaya çağırır”.