Azərbaycan BRİKS-ə üzv olmaq istəyir.

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova danışıb.

BRİKS ölkələrinin Rusiyada keçirilən Parlament Forumunun plenar iclasında çıxış edən S.Qafarova bunları deyib:

“Azərbaycan xarici siyasətdə dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə aiddir.

Xüsusilə, bu, BRİKS ilə əməkdaşlığa aiddir. Azərbaycan artıq BRİKS-ə qoşulmaq arzusunu ifadə edib”.

BRICS nədir?

İnkişaf etməkdə olan ölkələrin beynəlxalq məsələlərdə daha çox söz sahibi olmasını istəyən Braziliya, Rusiya, Hindistan və Çin 2006-cı ildə “BRIC” adlı qrup qurdular. Qrup öz adını bu ölkələrin ingiliscə baş hərflərindən götürüb. 2011-ci ildə Cənubi Afrikanın da qoşulması ilə qrupun adı “BRICS” oldu.

Daha sonra Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də BRICS-ə qoşulub.

Leave A Reply