Azərbaycan və Rusiya təyyarə qəzasını araşdıran komissiyaya qoşulmağı xahiş etsə də, Qazaxıstan “imtina edib”
Bu barədə Qazaxıstanın Orda nəşri məlumat yayıb.
Bakı və Moskva rəsmi olaraq Qazaxıstanda baş verən təyyarə qəzasını araşdıran komissiyaya qoşulmaq üçün müraciət etsə də, onların xahişi rədd edilib.
Orda nəşrinin məlumatına görə, Qazaxıstan tərəflərin yalnız müşahidəçi qismində iştirakına icazə verib.
“Beləliklə, bütün faktlar, qara qutu və sübutlar bizdə olacaq”, – istintaq komissiyasının üzvü bildirib.