ABA üzvü olan banklar qərar qəbul edib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvü olan banklar Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə həlak olan hərbçilərin və müharibəyə görə həyatını itirən mülki vətəndaşların banklara olan borcları ilə bağlı qərar qəbul edib.

Qurumun məlumatında deyilir:

– Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə və müharibəyə görə həyatını itirən Azərbaycan hərbçilərinin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

– Ermənistan ordusunun təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşların banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

– Hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;

– Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə həyatını itirən bank əməkdaşlarının ailələrinə onun bir illik əmək haqqı miqdarında vəsait ödənilsin;

– Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.

Mənbə: Meydan TV

Leave A Reply