Azərbaycanda həkimlərin 70%-i Bakıda işləyir

TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov deyir ki, ölkədəki həkimlərin 70 faizi Bakıda cəmlənib.

O, Azərbaycan regionlarında həkim çatışmazlığı olduğunu deyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin əvvəlində Azərbaycanda 33645 həkim olub. Onların 67 faizi – 23 minə yaxını Bakıdadır.

Qeyd edək ki, Bakıda əhalinin 10 min nəfərinə düşən həkim sayı 97 olduğu halda, bölgələrdə bu rəqəm 33-dür.

Leave A Reply