Azərbaycanlı bloger Hüseyn Həsənov Rusiyada çirkli pulların yuyulmasında ittiham olunur.

2024-cü ilin iyun ayında Rusiya Federal Vergi Xidməti ona qarşı vergi borclarına görə məhkəmə iddiası qaldırıb.
Rusiya mətbuatı yazır ki, Hüseyn Həsənovun vergi borcu 73 milyon rubldan (1,5 milyon manat) artıqdır.
O, hazırda Bakıda yaşayır və tez-tez Emin Ağalarovun çevrəsində görünür.
Hüseyn Həsənov Azərbaycanda müharibə başlayanda Rusiyaya qaçmışdı, Rusiyada müharibə başlayanda isə Azərbaycanda gizlənmişdi.