Azərbaycanlı rəssam Xətai Abdullayevin Türkiyədə çəkdiyi əsər gündəm olub.



O, cəsədi tapılan 8 yaşlı Narinin şəklini divara həkk edib:

“10 il əvvəl bu divara Özgecan Aslanı çəkmişdim. Təəssüf ki, bu gün Narini onun yanına çəkmək məcburiyyətində qaldım. Çox kədərliyəm”.

Türkiyədə 19 gün axtarışda olan 8 yaşlı Narin Güran ölü tapılıb.

Onun ölümü ilə bağlı saxlanılan şəxs deyib ki, cəsədi Narinin əmisinin ona verib və çay kənarına atmasını tapşırıb.

Şəkildəki digər şəxs, Özgecan Aslan isə 2015-ci ildə, 20 yaşında ikən öldürülmüşdü.

Leave A Reply