Başla Hərəkatı hər zaman maraqlı layihələri ilə intellektual nəslin formalaşmasına hərtərəfli dəstək göstərir. Bu dəfə isə onlar Azərbaycanda “Rep” musiqisi haqqında ilk kitabın nəşri ilə diqqət çəkiblər. Kitabın müəllifi bir zamanlar bütün Azərbaycana səs salmış  “Mən də varam” müsabiqəsinin iştirakçısı, reper və eyni zamanda da tərcüməçi olan Səid Riaddır. Elə məhz bunu da kitabın ən böyük özəlliklərindən biri hesab etmək olar – müəllif kitabda yer alan yerli rep tarixinə aid olan hadisələrin birbaşa iştirakçısı və yaxın müşahidəçisi olduğu üçün hər şey həqiqətə uyğun və real təsvir edilib.

Kitabda yer alan mövzuları aşağıdakı kimi kateqoriyalaşdıra bilərik:

– Repin yaranması və inkişaf tarixi;
– Şərq sahili ilə Qərb sahili arasındakı müharibə;
– Repin Azərbaycanda yaranması;
– Azərbaycan repinin həqiqətləri;
– Azərbaycan reperləri arasında baş verən hadisələr;
– «Mən də varam» müsabiqəsi;
– Xose-Dərya qarşıdurmasının səbəbləri

Bu kitabı əldə etməklə Azərbaycan repi indiki səviyyəsinə kimlərin sayəsində və necə çatdığını öyrənə bilə, sevdiyiniz musiqi janrı haqqında maraqlı məlumatlardan zövq ala bilərsiniz.

Kitabın qiyməti  4 AZN təşkil edir.

Mənbə: Pahoo.az

Leave A Reply